A vitamini ilə zəngin olan yemiş gözəllik eliksiri hesab edilir və ondan kosmetologiyada geniş istifadə olunur. Yemiş dəriyə çox gözəl təsir edir, onu yumşaldır və hamarlaşdırır, dodaqlarınızı daha təravətli edir, gözləriniz və saçlarınız işıq saçır.
Yemişdən tez-tez kosmetik maskalar hazırlanır. Belə maskanı hazırlamaq elə də çətin deyil. Sadəcə yemişi əzmək lazımdır. 1-1.5 ay yemişdən müntəzəm istifadə dərini elastiki edir və ona sağlam qızartı verir.100 qram yemişdə cəmi 30-38 kkal kalori var.
Yemişdən və şirəsindən üz üçün kosmetik maskalar və losyon hazırlamaqolar. Yemiş əsaslı maskalar quru dəriyə çox gözəl təsir edir - dərinitəravətləndirir, nəmləndirir, qidalandırır, onu yumşaq və elastiki edir.
Quru dərini silmək üçün vasitə
Yemişin qabığını soyun, çəngəllə əzin, sonraşirəsini çəkin. Pambığa batırıb üzünüzü silin.
Yemiş şirəsindən üz üçün maska
Pambığı və ya tənzif salfeti yemişşirəsinə batırıb üzünüzə qoyun. 15-20 dəqiqə saxlayın.
Yemiş əsaslı təravətləndirici maska
Yemişi əzilmiş halda təmiz dəriyə 10-15 dəqiqəlik çəkin, sonra su iləyuyun. Bu maska istənilən dərini qidalandırır və təravətləndirir, yumşaqelastiki edir. Quru dəriyə maskanı çəkməmişdən öncə zeytun yağını çəkibsilmək lazımdır. Bu proseduru həftədə 2-3 dəfə edin.
Ümumi kurs 15-20 gündür.
Normal və quru dəri üçün maska
Bir neçə dilim yemişi əzib, ora 2-3 xörəkqaşığı bal və 1 xörək qaşığı xama əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə sonra yuyun.
Yağlı dəri üçün maska
1 xörək qaşığı əzilmiş yemişə 1 yumurta ağı əlavə edib qarışdırın. Maskanıüz və boyun dərisinə çəkin, 15-20 dəqiqə saxlayın,sonra yuyun. Maskanı üzəçəkməmişdən öncə üz və boyun dərisini yemiş şirəsinə batırılmış pambıqlasilin.
Üz üçün nəmləndirici losyon
Bu losyon istənilən dərini nəmləndirir.Yemişi çəngəllə əzib 1-2 saat saxlayın, sonra şirəsini sixib şüşə stəkanatökün, ora 2 xörək qaşığı bal və 1 çay qaşığı duz əlavə edin. Duz həllolduqdan sonra, süzün və ora 1 stəkan araq tökün. Təmiz üzə bu losyonuçəkin, 1-2 saat saxlayın.Bu proseduru istənilən rahat vaxtda etmək olar. Losyonu sərin yerdə uzun müddətsaxlamaqmümkündür.