Artıq yay fəslidir və eynək mövsümü başlayıb. Mənim də sizlərə bəzi məsləhətlərim var.
1. Plastik eynəklərdən qorxmayın
Biz bilirik ki, əvvəllər plastik eynəklərdən istifadə olunmurdu. Ancaq şüşə eynəklərdən istifadə olunurdu, ancaq onlar isə çox bahalı olur. Sonradan elm inkişaf etdi və plastik eynıəklərə yeni bir örtük taxıldı. Ona görə də plastik eynəklər həm rahat, həm ziyansiz, həm yüngül həm də qırılmaz oldu.
2. Komfortlu eynəklər
Bu cür eynəklər gündəlik taxılan eynəklərdir. Yaxşı olardı ki, onların linzaları GR-39 plastik olsun. Əsasən tünd boz, qəhvəyi və qara rəngdə olsunlar. Çəhrayı və sarı rəngli gözlüyü almaq məsləhət deyil.Özünə minimum 99% ultrabənövşəyi şüa çəkən eynəklərdən istifadə edin. Polikarbonatdan hazırlanan eynəklər gözləri 100% müdafiə edir.Eynəkləri diqqətlə yoxlayın, onların qüsurlu və əyri olub – olmamasına əmin olun.Eynəklər burunda rahat yerləşib, başı çox sıxmamalıdır.Unutmayın ki, tünd şüşəli eynəklər onların müdafiəedici xüsusiyyətlərinə təsir etmir. Lakin yaxşısı budur, özünə 75-90% şüa çəkən eynəklərdən istifadə edəsiniz.Polyarizasiya olunmuş eynəklər qum, qar və suyun parıltısını azaldır. Onlardan həmçinin sükan arxasında olan insanlar da istifadə edə bilər.Tutqun havada da eynək taxın, çünki ultrabənövşəyi şüalar buludların arası ilə də keçə bilər.Cızıqlı linzalı eynəklərdən istifadə etməyin, yaxşısı budur, yenisini alın.Ultrabənövşəyi şüalar həm böyüklər, həm də uşaqlar üçün çox təhlükəlidir. Böyüklərlə müqayisədə, 14 yaşına qədər olan uşaqlar onların təsirinə 3 dəfə çox məruz qalırlar. Buna görə, uşaqlara gün eynəkləri taxmaq çox vacibdir.
3. Rəng seçimi
Çəhrayı rəngli eynək almayın, çünki o sinir sisteminə pis təsir edir.
Qırmızı eynəklər də məsləhət deyil, çünki rənglərin qarışmasına səbəb olur.
Tünd yaşıl rənglidə gözlər yorulmur.
Tünd boz və qara ən yaxşı seçimlərdir.
4. Dəbdə olan çərçivələr
Əsas odur ki, özünüzü rahat hiss edin. Lakin əsas şərtdə vardır ki, gözlüyün üst qismi qaş xətti ilə üst-üstə düşsün.
Sarışınlar əsasən qızılı, qara, gümüşü eynəklərdən istifadə etsinlər. Bu rəngli eynəklər onlara daha çox yaraşacaq və onları daha da gözəl göstərəcək.
Qarabuğdayılar isə qəhvəyi və qara rənglərdən istifadə etsinlər. Bu cür eynəklər isə mənim kimi qarabuğdayı xanımlara çox gözəl yaraşacaq.
5. Balacalara diqqət
Çalışın ki, onların eynəkləri 99% qoruyan, karbohidratlı ,linzalı və qırılmayan olsun. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq isə bizim borcumuzdur.
Azərbaycan xanımlarının gözəl gözləri bu eynəklərlə daha da gözəl görünəcəkdir. İnşallah xəbərimi bəyənərsiniz əziz xanımlar!