Tərkibi:
1 ədəd kənd toyuğu
2-3 orta baş soğan
1 x/q tomat pastası
2 ədəd yumurta
Yağ
1 kq un
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök
Hazırlanması:
Una 1 yumurta, duz tökülüb bərk xəmir yoğrulur.
Kündələrə ayrılır. Hazik yayılır.
Xəngəl formasında kəsilir. Yapışmaması üçün unlanıb qablara yığılır.
Qazanda su qaynadılıb duz əlavə edilir. Xəngəllər suya əlavə edilir. Bişdikdən sonra süzülüb bir kənara qoyulur.
İndi isə şorbanı hazırlayaq. Öncə çolpa tikələrə ayrılıb bişirilir.
Soğan xırda-xırda doğranır, yağda qovrulur.
Azca qovrulduqdan sonra bişmiş toyuq tikələrini və tomatı əlavə edib yenidən qovururuq. Toyuğun bulyonunu da üzərinə əlavə edirik. Şorba nə çox duru, nə də qatı olmalıdır.
Sonda 1 ədəd yumurtanı çalıb şorbaya əlavə edirik.
Xəngəli sinilərə çəkirik, üstünə çıxana kimi şorba əlavə edirik. Zövqə görə şorbadan azca götürüb sarımsaq əzib qatmaq olar.
Yeməyimiz hazırdır.
Nuş olsun!