Oturaq həyat tərzi və ayaqüstü qəlyanaltı hormonal dəyişikliyə səbəb olur. Bu problem gen vasitəsilə də ötürülür. Problem aradan qaldırılmazsa, bu, sonsuzluqla nəticələnə bilər. Qan analizi verməklə hormonal fonu müəyyən etmək olar.
Mən niyə kökəlirəm?
Hormonal dəyişiklik nəticəsində yaranan piylənmə şəkər, arterial hipertoniya, stress, depressiya, oynaqların artrozuna, ateroskleroza və onkoloji xəstəliklərə səbəb olur. Bu ömürlük prosesdir. Piylənmə ilə daim mübarizə aparmaq lazımdır. Çünki kök kişilər cinsi zəiflikdən əziyyət çəkirlər.
Piylənmə ilə mübarizə aparmaq üçün xəstələrə arıqladıcı (piy əridən) preparatları məsləhət görürlər. Bu dərmanlar sayəsində piylərin 30%-i orqanizmdən bağırsaq vasitəsilə xaric olunur. Piylərin qalan hissəsi idman və pəhriz sayəsində bədəndən sovrulur.
Yaşıl noxud qaraciyərin piylənməsinə səbəb olur.
Dietoloqların son araşdırmalarına əsasən paxlalılar fəsiləsindən olan bitkilərin tərkibində zülal çoxdur. Lakin yaşıl noxudda olan zülal mal ətindəki zülaldan daha qüvvətlidir. Yaşıl noxudun tərkibində qlükoza və fruktoza çox olduğu üçün o, şirin və dadlıdır. 100 qram yaşıl noxud 72 kilokalori olub tərkibində B, B2 ,PP, C, karotin, mineral duz, kalsium, fosfor, dəmir, manqan və kalium mövcuddur. Həkimlər bu bitkini xroniki qastritdən, xoradan və şəkər xəstəliyindən əziyyət çəkənlərə məsləhət görürlər. Pəhriz menyusuna yaşıl noxud əlavə etmək qadağandır. Həkimlər onu da sübut ediblər ki, yaşıl noxud qaraciyərin piylənməsinə səbəb olur.
Hormonal əlamətlər
1. Az zaman ərzində piylənmə və ya arıqlama;
2. Tərləmə;
3. Başağrısı;
4. Başgicəllənmə;
5. Ürəkbulanma;
6. Ürəkdöyüntüsü;
7. Üzün qızarması;
8. Halsızlıq;
9. Yuxusuzluq;
10. Stress və depressiya;
11. Boyun sürətlə uzanması və ya inkişafdan qalması;
12. Əzələlərin zəifləməsi;
13. Psixoloji gərginlik;
14. Cinsi fəaliyyətin zəifləməsi;
15. Dərinin solması, quruması və sallanması;
16. Saçların tökülməsi və ya bədənin sürətlə tüklənməsi.
Boyum niyə uzanmır?
Boyatma hormonunu hipotalamik rilizinq hormonu və somatastatin idarə edir. Bu hormon qaraciyərin fəaliyyətindən asılıdır.
Boyartıran hormonu gücləndirmək üçün:
Yaxşı qidalanmaq;
Stressdən uzaq olmaq
İdmanla məşğul olmaq;
Sağlam yuxu.
Çin üsulu ilə müalicə
Hormonların fəaliyyətini hormonal preparatlarla tənzimləmək uzun müddət tələb edir. Amma müalicə kursu istənilən nəticəni vermir. Çin həkimləri nöqtəli massaj və aromaterapiya ilə ümumi hormonal fonu qaydasına salırlar. Bu müalicə endokrin sistemi tənzimləyib, ürək, qaraciyər, ağciyər və başqa daxili orqanları müalicə edərək bədəni cavanlaşdırır.