Lobya
Qırmızı rəngdə olanı daha yaxşıdır. Bədənə istilik verir, cinsi fəaliyyəti gücləndirir. Sidikqovucu xassəyə malikdir. Lobya insanı kökəldir. Onun qaynadılmış suyunda oturmaq bel və böyrək agrısı üçün faydalıdır. Lobya gec həzm olunan qidadır.
Noxud
Dənli paxlalı bitkilərin ən yaxşısı noxuddur. Noxud bədənə istilik və quruluq gətirir. Sidikqovucu və tərqovucu xassəyə malikdır. Noxud sperma və südü artırır və təmiz qan yaradır. Qaynadılmış noxud suyu sinə ağrılarını kəsir. Onu təzə süd ilə qatıb içdikdə boğaz quruluğu və səs tutulmasına xeyrlidir. Noxudu bir gecə sirkədə islatdıqdan sonra səhər acqarnına yeyilsə bağırsaq qurdlarını təmizləməyə kömək edər. Noxudun qaynadılmış suyunda oturmaq çanaq nahiyəsi ağrılarında və uşaqlıq yolunun təmizlənməsində gözəl vasitədir. Qaynadılmış qara noxud böyrək üçün faydalıdır. O bağırsaqları təmizləyib mədə köpünü aradan qaldırır. Onu bədənə sürtmək qaşınmanın və üz sarılığının qarşısını alır. Yaşıl noxudun suyu ilə ağızı qarqara etmək damaq şişkinliyini və diş ağrısını aradan qaldırır.
Paxla
İshal və ürəkbulanma zamanı münasibdir. Sinəni və ağ ciyərləri təmizləyib, onu möhkəmləndirib, öskürəyi sakitləşdirir. Onun qaynadılmış suyu ilə qarqara etmək boğazda olan quruluğu aradan qaldırır. Paxlanın yarpağını bədəndəki yanığın üzərinə qoymaq faydalıdır. Paxla qaz və köp yaradır. Ona görə də onu badam yağı və isti ədviyyatlarla yemək məsləhətdir. Acı paxla sidikqovucu xassəyə malikdir. Təpitməsi qaşınma üçün faydalıdır və həşərat dişləməsində zəhəri zərərsizləşdirir. Acı paxla görməni qüvvətləndirir. Onu bal ilə qatdıqda nəfəs tutulmasına, xroniki öskürək üçün faydalı olub, dalaq və sidik kisəsini möhkəmləndirir. Paxlanı çox yedikdə üzün rəngini saraldır və həzmə ziyan edir. Bu halı aradan qaldırmaq üçün ondan sonra şirniyyat yemək məsləhətdir.
Mərci
Qaynadılmış suyu mədəyumşaldıcı xassəyə malikdir. Sirkə ilə tam bişirilmiş halda mədəyə köp vermir, bədənimöhkəmləndirir. Qaynadılmış suyunu içmək öskürək, ağız yarası, sinə və boğaz ağrısı üçün faydalıdır. Mərcini çiy yumurta ilə qatıb, təpitmə qoymaq dəridə olan çatlar üçün xeyrlidir. Bal ilə təpitməsi yara üçün, kələm yarpağı ilə təpitməsi isə döş şişini və süd qatılaşması hallarını aradan qaldırır. Mərcinin gül yağı ilə qatışığı şişlər üçün xeyirlidir. Çox mərci istifadə etmək qan tərkibinə ziyan edir. Mərcidən sonra şirniyyat yemək isə babasilə və sidik yollarına zərər verir. Bu zərərli xüsusiyyətini aradan qaldırmaq üçün onu küncüt yağı və çuğundur yarpağı ilə bişirmək, yağlı ət və sirkə ilə yemək məsləhətdir.
Hil
Quruducu xassəyə malik olub, ürəyi və mədəni möhkəmləndirir. Hil əhvalı yaxşılaşdırıb, həzmi sürətləndirir. O, tər iyini və ağız qoxusunu aparır. Hil mədə xəstəliyini müalicə edib, böyrək daşını salar. Onu toz halında buruna çəkib asqırmaq müxtəlif səbəbdən törənmiş baş ağrılarını sakitləşdirir.